Вернуться назад Распечатать

Potapov Rusiyanın San-Pauludakı baş konsulu təyin edilib

Dmitri Potapov Rusiyanın Braziliyanın San-Paulu şəhərində baş konsulu təyin edilib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Dmitri Vadimoviç Potapov Rusiya Federasiyasının Braziliya Federativ Respublikasının San-Paulu şəhərində baş konsulu təyin edilib”, - deyə məlumatda bildirilir.

Potapov 1968-ci ildə anadan olub. 1995-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-ni bitirib, ingilis və portuqal dillərini bilir. 2015-ci ilin dekabr ayından 1-ci dərəcəli məsləhətçi diplomatik rütbəsini daşıyır.