İran İsrail və ABŞ-la müharibə olacağı təqdirdə Rusiya və Çindən kömək istəmək niyyətində deyil.
1xeber.media xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, İranın Moskva və Pekinin dəstəyinə ehtiyacı yoxdur, çünki onun gücü özünü müdafiə etmək üçün kifayətdir.
Bundan əvvəl “Reuters” agentliyi İran mənbələrinə istinadən xəbər vermişdi ki, İran İsrail və ABŞ-la münaqişədə Rusiyadan daha çox yardım almaq istəyir. Ancaq hansı dəstəyin müzakirə olunduğu açıqlanmayıb.