Вернуться назад Распечатать

Braziliya prezidenti Trampı tariflərlə hədələyib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampı ABŞ mallarına cavab rüsumları tətbiq etməklə hədələyib.

1xeber.media xəbər verir ki, O, bunu BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Trampın sosial şəbəkələrdə BRİKS-in “antiamerikan” siyasətinə əməl edən ölkələrə qarşı təhdidləri məsuliyyətsizlik və yanlışdır.

"Əgər o, tarifləri tətbiq edə biləcəyini düşünürsə, digər ölkələrin bunu etmək hüququ var. Qarşılıqlılıq prinsipi var", - Lula da Silva xatırladıb.

Braziliya lideri daha əvvəl Trampı tənqid edərək, onun başqa dövlətlərin işlərinə qarışmaq səlahiyyətinin olmadığını demişdi. “Tramp dünyanı idarə etmək üçün deyil, ABŞ-ı idarə etmək üçün seçilib.