Вернуться назад Распечатать

Trampdan türk ölkəsi ilə bağlı qərar: Rüsumlar artırıldı

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Malayziya, Cənubi Afrika Respublikası, Laos və Myanmadan gətirilən mallara dair dövlət rüsumunun məbləğini artırıb.

1xeber.media xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı sözügedən ölkələrin rəhbərliklərinə rəsmi xəbərdarlıq məktubu ünvanlayıb.

Belə ki, Qazaxıstan və Malayziyadan gələn mallara dair rüsumları 25 faiz, Cənubi Afrika Respublikasından 30 faiz və Laosla Myanmadan isə 40 faiz qaldırılıb.

Bildirilib ki, qərar avqustun 1-dən qüvvəyə minəcək.