Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü sürücü Xaliq Quliyev UAZ markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, hərbi qulluqçular - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.