Amerika prezidenti Co Baydenin komandası Ukrayna münaqişəsini gərginləşdirməkdə davam edir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.O qeyd edib ki, ABŞ-ın seçilmiş lideri Donald Trampın tərəfdarları arasında “sülh” və ya “sülh planı” kimi sözlər eşidilir.
1xeber.media xəbər verir ki, “Bu cür sözlər indiki administrasiya nümayəndələrinin ağzından gəlmir. Həm də təxribat xarakterli və eskalasiya xarakterli hərəkətlər davam edir. Qarşılaşdığımız reallıq budur”, - Peskov bildirib.