Вернуться назад Распечатать

Zığ şossesində açıq ərazi yanır

 Bakının Suraxanı rayonu, Zığ şossesində açıq ərazidə yanğın baş verib.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub:


“Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir”.