Вернуться назад Распечатать

BƏƏ şirkəti İrana uçuşları yenidən təxirə saldı

 Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" Hava Yolları şirkəti regional vəziyyət səbəbindən Tehrana və Tehrandan uçuşları ən azı iyulun 15-dək dayandırdığını açıqlayıb.


1xeber.media xəbər verir ki, bu haqda şirkətin yaydığı bəyanatda bildirilib.


"Biz hadisələri yaxından izləyirik. Sərnişinlərimizin, işçilərimizin və əməliyyatlarımızın təhlükəsizliyi hər zaman bizim ən yüksək prioritetimiz olacaq", - məlumatda qeyd olunub.


Xatırladaq ki, "Emirates" Hava Yolları üçüncü dəfədir ki, İrana uçuşları təxirə salır.