Вернуться назад Распечатать

Qazaxıstan ticarət şəraitinin yaxşılaşdırılması üçün ABŞ-a təkliflər göndərir

Qazaxıstan Ağ Ev administrasiyasına qarşılıqlı ticarət şərtlərinin yaxşılaşdırılması üçün təklif və təşəbbüslər göndərib.

1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi idarənin rəsmi saytında məlumat yayıb.

"Qazaxıstanın məqsədi bazara çıxış və ticarət şərtləri ilə bağlı razılaşdırılmış qərarlara nail olmaqdır. Hazırda Amerika tərəfi Qazaxıstanın təkliflərini nəzərdən keçirir və danışıqların tarixi barədə tezliklə məlumat verəcək", - nəşr yazır.

Yeni təkliflər ABŞ prezidenti Donald Trampın iyulun 7-də bəzi ölkələrə, o cümlədən Qazaxıstana yeni rüsumların tətbiqi ilə bağlı bəyanatı ilə bağlıdır.