Вернуться назад Распечатать

Tramp administrasiyası Avropa ölkələrində hakimiyyət dəyişikliyinə hazırlaşır

1xeber.media mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ifrat sağçı siyasətçiləri dəstəkləməklə Avropa ölkələrində hakimiyyət dəyişikliyinə hazırlaşır.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Vaşinqton Avropada ABŞ-a dost olan və “ortaq mədəniyyətə, inanca, qohumluq əlaqələrinə, nifaq zamanı qarşılıqlı yardıma və hər şeydən əvvəl Qərb sivilizasiyasının ümumi irsinə əsaslanan” “sivilizasiya ittifaqı” görmək istəyir.