Вернуться назад Распечатать

Lombard Dilarə Bağırovadan şikayət: Girov qoyulan 34 avtomobilə həbs qoyuldu

Azəraycanda son illər lizing, və avtomobil lombardı qoyub pul götürmək geniş yayılıb. Paytaxtda yerləşən lombardların əksəriyyəti artıq şəxsi avtomobilləri girov kimi götürərək əvəzində vətəndaşa faizə pul verir. Vətəndaş lombard arasında məhkəmə çəkişmələri isə getdikcə artmaqdadır.

1xeber.media XALQ-a istinadla xəbər verir ki, son illər məhkəmə çəkişmələrində olan qalmaqallı lombardlardan biri də Dilarə Bağırovanındır.

Adı çəkilən lombard sahibi bir neçə ildir ki, avtomobillərin girov müqabilində yüksək faizlə  pul verir. Əldə etdiyimiz məlumata görə Binəqədi rayon icra şöbəsi  lombardının təsisçilərindən biri olan Bağırova Dilarə Həmid qızının adında olan 34 avtomobilə həbs qərarı qoyulub.

Məlumatda bildirilir ki, avtomobillərə həbs qoyulması  Dilarə Bağırovanın  lombardının müştərilərinin narazılığına səbəb olub. Çünki Dilarə Bağırovanın məhkəmə çəkişməsinə görə girov qoyulan avtomobillərin ölkə ərazisində hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Dilarə Bağırova daha əvvəl də qalmaqalları ilə medianın gündəminə gəlib. O bir neçə il öncə məşhur  futbolçu Mahir Cavadova yüksək faizə verdiyi pula görə gündəmə gəlmişdi.

Daha bir məlumatda isə Dilarə Bağırovanın qoçu dəstəsi saxladığı, bu dəstənin faizi gecikdirən vətəndaşların avtomobillərini məhkəmə qərarı olmadan zorla əllərindən aldığı iddia edilir.

Bu barədə XALQ-ın növbəti sayında ətraflı məlumat verəcəyik.

Yazıda adları keçənlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.