Вернуться назад Распечатать

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapılıb

 Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.


1xeber.media Report-a istinadən məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.


Faktla bağlı araşdırmaya başlanılıb.