Вернуться назад Распечатать

Pavel: Ukrayna münaqişəsindən sonra Avropa Rusiya ilə əməkdaşlığa qayıda bilər

Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukraynada münaqişə bitdikdən sonra Avropa Rusiya ilə əməkdaşlığı bərpa edə bilər.

1xeber.media xəbər verir ki, O, iyulun 8-də BBC Ukrayna xidmətinə müsahibəsində belə deyib.

"Bizim hansı alternativlərimiz var? Rusiya ilə Münaqişəni qeyri-müəyyən müddətə davam etdirmək? Belə yanaşma yəqin ki, hamımız üçün böyük insan itkilərinə və iqtisadiyyatlarımıza ciddi ziyan vura bilər. Biz istəyirik və hardansa başlamalıyıq", - prezident deyib.

Onun sözlərinə görə, Ukraynada münaqişə başa çatdıqdan sonra Avropa Rusiya ilə təhlükəsizlik məsələlərini, eləcə də “əvvəlki əməkdaşlıq və biznesi” müzakirə etməyə qayıda biləcək.