ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında Ukraynaya hərbi tədarükün dayandırılması barədə qərar qəbul edənə cavab verə bilməyib.
1xeber.media xəbər verir ki, tədbirin yayımını Ağ Evin YouTube kanalında görmək olar.
“Heç bir fikrim yoxdur, sən mənə de” deyən Tramp məsələ ilə bağlı jurnalistin sualını cavablandırıb.
Bundan əvvəl Vaşinqtondakı CNN mənbəsi bildirmişdi ki, Tramp administrasiyası Ukraynaya silah tədarükünü, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün raketləri müzakirə edəcək.