Вернуться назад Распечатать

Rayonlarda həkimlərin maaşı verilmir

 Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib.


1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.


TƏBİB-ə ünvanlanan sorğuya hələ ki, cavab verilməyib.