Вернуться назад Распечатать

İsrail ordusu Tripoliyə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanın şimalındakı Tripoli şəhərinə zərbələr endirib.

1xeber.media xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Əlavə informasiya verilmir.

***

İsrail ordusunun HƏMAS-ın yüksək rütbəli üzvünün avtomobilini vurması nəticəsində iki nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyinin bəyanatında bildirilib.

Hadisə Tripolinin Əl-İruniyyə bölgəsində qeydə alınıb.