Ucar Mərkəzi Xəstəxanasının həkimi Cavanşir Qədirovun uğursuz əməliyyatı….
Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.
Bu il aprelin 14-də dermoid kistadan Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Qazyan kənd sakini, 26 yaşlı Sübhan Hüseynova əməliyyat olunması məsləhət görülüb.
Yaxınlarının iddialarına görə, əməliyyata hazırlanan Sübhan Hüseynova verilən narkozdan sonra o, komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyə əməliyyatını Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Cavanşir Qədirov icra edəcəkmiş.
Vəziyyəti ağır olduğundan yaxınları xəstəni Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdiriblər. Vətən Müharibəsinin iştirakçısı olan Sübhan Hüseynov ötən gün 81 gün komadan ayılmayaraq vəfat edib
1xeber.media Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edir.