Вернуться назад Распечатать

MADO-da verilən hamburgerdən görün nə çıxdı

Məşhur restoranlar şəbəkəsi MADO ilə bağlı qalmaqallı iddia səsləndirilib.

1xeber.media xəbər verir ki, bu barədə “Facebook” istifadəçilərindən biri yazıb.
O bildirib ki, hadisə iyulun 8-də restoranlar şəbəkəsinin “Gənclik Mall”dakı filialında yaşanıb:
“Qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik yaşlı qızıma uşaqlar üçün nəzərdə tutulan hamburger sifariş ermişik. İçindən çıxana baxın. Görün ətin içinə bu vicdansızlar nələr qatırlar”.

MADO-nun sözügedən filialından  bildirildi ki, hazırda məsələ araşdırılır:
“İndi araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları buradadır. Araşdırma gedir”.

 

Yeniavaz.com