Вернуться назад Распечатать

Sosial şəbəkə X CEO istefa verdiyini açıqladı

X sosial şəbəkəsinin (keçmiş Twitter) baş direktoru Linda Yaccarino vəzifəsini tərk edir. O, həmçinin amerikalı milyarder və sahibkar İlon Maska şirkətin yenidən təşkili üçün ona etibar etdiyi üçün təşəkkür edib.

1xeber.media xəbər verir ki, Yakkarino bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mesajda deyilir: "İki inanılmaz ildən sonra mən X şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəldim".

O qeyd edib ki, onun işi istifadəçi təhlükəsizliyinə üstünlük vermək və reklam verənlərin etibarını bərpa etməkdən başlayıb.