Вернуться назад Распечатать

Orban Ukraynada sülhün şərtini açıqladı

Ukraynada sülhə nail olmaq üçün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın şəxsi görüşü lazımdır.

1xeber.media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Patriota” YouTube kanalına müsahibəsində deyib.

"Rusiya və Amerika prezidentləri arasında şəxsi görüş baş tutsa, burada atəşkəs və sülh əldə olunacaq", - Macarıstan hökumətinin başçısı bildirib.

O, uzun illər siyasətdə olduğunu və əksər avropalılardan daha uzun müddət hakimiyyətdə olduğunu vurğulayıb. Orbanın fikrincə, dövlət başçıları arasında şəxsi görüşün olmaması vəziyyətin “çox, daha çox aylarla” gərgin qalmasına səbəb olacaq.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, həm Putin, həm də Tramp şəxsi görüşün zəruriliyini başa düşürlər. Kreml nümayəndəsinin fikrincə, o, yaxşı hazırlanmalıdır.