Вернуться назад Распечатать

Zelenski və Kelloqun görüşü Romada başlayıb

İtaliyanın paytaxtında Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq arasında görüş başlayıb.

1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın “Ukrinform” agentliyi öz Telegram kanalında məlumat yayıb.

“Kelloqla danışıqlar ABŞ prezidenti Donald Trampın Ukraynaya əlavə silahlar, ilk növbədə, müdafiə silahları təqdim edəcəyinə söz verməsi fonunda baş tutub”, - nəşr yazır.

Bundan əvvəl Ukrayna liderinin İtaliya prezidentinin Romadakı rəsmi iqamətgahına gedəcəyi, burada onunla danışıqlar aparacağı, daha sonra isə Kelloqla görüşəcəyi bildirilirdi. 2025-ci il iyulun 10-da İtaliyanın baş naziri Giorgio Melonun rəhbərliyi ilə Romada Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək.

İyulun 4-də Zelenski ABŞ lideri Donald Trampla mühüm və faydalı söhbət etdiyini bildirib. Onun sözlərinə görə, onlar ABŞ-ın Ukraynaya hərbi yardımı və hava hücumundan müdafiə sistemlərinin imkanlarını müzakirə ediblər.