Вернуться назад Распечатать

Aleksandr Kurenkov Bakıdan əliboş döndü: Prezident Rusiya nümayəndəsi ilə görüşdən imtina etdi

1xeber.media Musavat.com-a istinadla  xəbər verir ki, VÇK-OGPU məlumatlarına görə, Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən heç bir nəticə əldə etmədən geri qayıdıb.

Mənbələrin iddiasına görə, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidentinin şəxsi nümayəndəsi statusunda Bakıya gəlmiş Kurenkovla görüşməkdən imtina edib.

Bildirilib ki, Azərbaycan tərəfi əvvəlcədən Rusiyanın ötən ilin dekabrında E190 tipli sərnişin təyyarəsini məhv etməsini rəsmən qəbul etməsini tələb edib. Lakin bu şərtlər qəbul olunmayıb və nəticədə İlham Əliyevlə planlaşdırılan qeyri-rəsmi görüş baş tutmayıb.

Qeyd olunur ki, Kurenkovun Bakıda olduğu vaxt yerli məhkəmə Rusiyadan olan saxlanılmış jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edib və onlar həbsdə qalmaqda davam edirlər. Bu səbəbdən hazırda heç bir məhbus mübadiləsindən söhbət gedə bilməz.

Rəsmi səfər proqramına əsasən, Kurenkov Bakı şəhərində dar tərkibdə keçirilən fövqəladə hallar nazirlərinin toplantısında iştirak edib. O, bu fürsətdən istifadə edərək İlham Əliyevlə qeyri-rəsmi görüş keçirməyi planlaşdırsa da, Azərbaycan tərəfi əvvəlcədən Rusiya nümayəndə heyətinə bildirib ki, belə bir dialoq mümkün olmayacaq. Nəticədə Kurenkov səfərini vaxtından əvvəl başa vuraraq Bakını tərk etməli olub.

Hazırda Kurenkovun Bakı səfərinin başqa nəticələri barədə əlavə məlumat yoxdur.