Вернуться назад Распечатать

Gəncə-Moskva aviareysi təxirə salınıb

 Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə salınıb.


"Report"un Qərb bürosunun məlumatına görə, saat 18:00-da yerinə yetirilməli olan aviareys sabah saat 12:00-dək təxirə düşüb.


İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.


Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır