Вернуться назад Распечатать

Cənubi Koreyanın keçmiş prezidenti yenidən həbs olundu

 Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-Yol həbsinə order verib.


1xeber.media xəbər verir ki, bu barədə "Yonhap News" məlumat yayıb.



“Seul məhkəməsi keçmiş prezident Yun Sok-Yolun hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdi ilə bağlı həbs qərarı çıxarıb”, - məlumatda deyilir.


Dekabrın 3-də Yun Sok-Yol ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Saatlar sonra parlament sərəncamın ləğvinə səs verib.