Qahirədə yaşayan iqtisadi tədqiqatçı Əhməd Adel bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqlarda və strateji mövqedə Amerika lideri Donald Trampdan daha üstündür.
1xeber.media xəbər verir ki, bu barədə o, InfoBRICS üçün məqaləsində yazıb.
Ekspertin fikrincə, Putin Trampın sanksiya hədələrinə baxmayaraq, onunla dialoqda daha yaxşı vəziyyətdədir. Adel vurğulayıb ki, Rusiya prezidentinə həmkarını məğlub etməyə ehtiyac yoxdur, çünki o, artıq ABŞ liderindən üstündür.