Вернуться назад Распечатать

Husilər Rusiya vətəndaşını qaçırıb

Ənsar Allah hərəkatının husiləri hücuma məruz qalan Eternity C yük gəmisinin ekipaj üzvlərini qaçırıb. ABŞ-ın Yəməndəki səfirliyinin bildirdiyinə görə, qaçırılanlardan biri Rusiya vətəndaşıdır.

1xeber.media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin bəyanatında deyilir.

"Husilər bir neçə dənizçini öldürdükdən, gəmini batırdıqdan və xilasetmə əməliyyatlarına mane olduqdan sonra Eternity C gəmisinin sağ qalan ekipaj üzvlərinin çoxunu qaçırıblar", - bəyanatda deyilir. ABŞ səfirliyi girovların azad edilməsini tələb edib.

Bundan əlavə, diplomatik nümayəndəlik husilərin “ABŞ-ın niyə onları terror təşkilatı kimi tanıdığını” bir daha dünyaya göstərdiyini vurğulayıb. Eternity C-nin göyərtəsində 21 filippinli və 1 rus olub.

Bundan əvvəl “Eternity C” gəmisinin husilərin hücumuna məruz qaldıqdan sonra batdığı bildirilmişdi.