Вернуться назад Распечатать

Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşdü

Ağdərədə 46 yaşlı kişi minaya düşüb.

1xeber.media xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev rayonun Həsənqaya adlı ərazisində mal-qara otaran zaman minaya düşüb.

Yaralı Tərtər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.