Вернуться назад Распечатать

İrandan Trampa sui-qəsd vədi

"ABŞ prezidenti Floridadakı böyük malikanəsində əylənərkən pilotsuz təyyarə ilə hücuma məruz qala bilər".

1xeber.media xəbər verir ki, ABŞ mətbuatının İran rəsmilərinə istinadən yaydığı məlumata görə, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Cavad Laricani deyib:

“Tramp o qədər pis iş görüb ki, artıq Mar-a-Laqoda günəş vannası qəbul edə bilmir. O, qarnı günəşə baxan vəziyyətdə yatarkən kiçik bir dron onu qarnından vura bilər. Bu sadədir”, - Laricani deyib.

İrana yaxın mənbələrin məlumatına görə, “Qan paktı” adlı onlayn platforma Trampı öldürmək üçün vəsait toplamağa başlayıb. Sayt “Əli Xameneyini ələ salan və təhdid edənlərə qarşı qisas almağa” çağırır. “İran İnternational”ın məlumatına görə, indiyədək platformada 40 milyon dollardan çox vəsait toplanıb. Saytın ana səhifəsində deyilir:

“Əli Xameneinin həyatını təhdid edən və Allaha düşmən olanların hamısını məsuliyyətə cəlb edən hər kəsə öz mükafatımızı verəcəyimizi vəd edirik”.