Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müşaviri Rəşad Novruzov və Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin əməkdaşı Elvin Hacıyev Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Məlumatların mühafizəsi təcrübələri üzrə təlim”də iştirak ediblər.
1xeber.media xəbər verir ki,təlim zamanı fərdi məlumatların mühafizəsi və rəqəmsallaşma sahəsində institusional və tənzimləyici mexanizmlər, süni intellektdən məsuliyyətli istifadə və onun hüquqi tənzimlənməsi, kibertəhlükəsizlik çərçivələri, şikayətlərə baxılması, araşdırılması və həlli mexanizmləri barəsində digər dövlətlərin müsbət təcrübələri ilə bağlı məruzələr dinlənilib.
Tədbir çərçivəsində Xorvatiyanın Şəxsi Məlumatların Mühafizəsi Agentliyi tərəfindən təşkil edilən ekspert sessiyalarında bu qurumun səlahiyyətləri və fəaliyyət istiqamətləri, o cümlədən yerli 108+ saylı Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər geniş şəkildə müzakirə edilib