1xeber.media xəbər verir ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır. RİA Novosti xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında apardığı danışıqları şərh edərkən deyib.
"Biz, əlbəttə ki, belə birbaşa dialoq faktını alqışlayırıq", - Kreml sözçüsü bildirib.
Əliyevlə Paşinyan arasında görüş iyulun 10-da səhər Əbu-Dabidə Moskva vaxtı ilə səhər saat 8 radələrində başlayıb. Danışıqlar nümayəndə heyəti səviyyəsində başlayıb, daha sonra siyasətçilər təkbətək görüşü davam etdiriblər. Bundan əvvəl məlum olub ki, görüş zamanı siyasətçilər Bakı ilə İrəvan arasında sülh sazişi imzalaya bilərlər.