Вернуться назад Распечатать

Yaponiyada iki ada üç gündə 10 sm irəliləyib

1xeber.media xəbər verir ki, Yaponiyanın cənub-qərbindəki iki kiçik ada seysmik aktivliyə görə üç gün ərzində bir-birindən təxminən 10 sm uzaqlaşıb.

Yer qabığının hərəkətlərini Tohoku Universiteti Elmlər Məktəbinin professoru Ota Yusaku təhlil edib.

“O, iyulun 2-də baş verən 5,6 bal gücündə zəlzələdən sonra üç gün ərzində Kodakarajima adasının 6 sm şimal-şimal-qərbə, Takarajima adasının isə 3,5 sm cənuba doğru irəlilədiyini aşkar edib”.