Gürcüstanda parlament binası yaxınlığında etiraz aksiyası keçirilir və aksiya iştirakçıları təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Eyni zamanda deputatlar ilk iclaslarını keçiriblər və həmin iclasda Şalva Papuaşvilini yenidən spiker seçiblər.
“Qafqazın əks-sədası” Tbilisidə baş verənləri canlı yayımlayır.Qeyd edildiyi kimi, iclasda hakim “Gürcü arzusu” partiyasının 88 deputatı qeydiyyatdan keçib. Onlar 11-ci çağırış parlamentin 150 deputatının hamısının səlahiyyətlərini tanıyıblar. Həmçinin birinci sessiyada 80 deputatla təmsil olunacaq “Gürcü arzusu” fraksiyası yaradılıb.Seçki barajını aşan və 61 deputat mandatı qazanan dörd müxalifət partiyasının hamısı seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edərək ilk iclası boykot edib. Yeni parlamenti Gürcüstan prezidenti Salome Zurabişvili də tanımır.