Вернуться назад Распечатать

Zelenski tarix dərsi əvəzinə qarajların arxasında siqaret çəkir - Simonyan

“Russia Today” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Polşa lideri Anjey Dudanın Ukrayna prezidenti Vladimir Zelenskinin Volındakı qətliamdan xəbəri olmadığı barədə bəyanatına cavab verib.

1xeber.media xəbər verir ki,  O, Telegram kanalında Dudanın sözlərinə ironiya ilə şərh verib.

"Zelenskinin Volın qırğınından xəbəri yoxdu, Duda dedi... Vovçik tarix dərsi əvəzinə qarajların arxasında sadəcə siqaret çəkirdi. Siqaret də yox" deyə zarafat edib.

Bundan əvvəl Zelenski Dudaya məktəbdə ona Volın faciəsi haqqında öyrədilmədiyini deyib. Polşa prezidenti Qərbi Ukraynanın bir çox sakinlərinin keçmişdə törədilmiş cinayətlərdən xəbərdar olduğuna da şübhə edib.