“İstəyənlər koalisiyası”nda iştirak edən ölkələrin qoşun kontingenti atəşkəsdən dərhal sonra Ukraynaya yerləşdirilə bilər.
1xeber.media xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Biz atəşkəsin yarandığı gün həyata keçirməyə hazır olduğumuz plan hazırlanıb”, - Fransa lideri bildirib.
Onun sözlərinə görə, 30 ölkənin koalisiyası havada və dənizdə atəşkəs rejiminə əməl olunmasını təmin edəcək, həmçinin Ukrayna ordusunun bərpasına yardım göstərəcək.
Bundan əvvəl Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynada sülhməramlı əməliyyat planlarının yetkin olduğunu və həyata keçirilməyə hazır olduğunu bildiriblər. Onlar həmçinin müttəfiqləri Rusiyanı “danışıqlara məcbur etmək” üçün ona koordinasiyalı təzyiqi artırmağa çağırıblar.