Вернуться назад Распечатать

Rusiya Azərbaycan məhsullarını məhv etdi - VİDEO

Rusiyanın Krasnodar diyarında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin nümayəndələri Azərbaycandan gətirilmiş 18 ton təzə şaftalı və nektarini məhv edib.

1xeber.media xəbər verir ki, onlar guya həmin məhsullarda kənd təsərrüfatı üçün təhlükəli həşərat olan Qərb çiçək tripsləri aşkar etdiklərini bildiriblər.
Qurum Azərbacyandan meyvə idxalına qadağa qoyub və 18 ton məhsulun hamısını yerindəcə məhv edib.
Azərbaycandan gətirilən 15 ton pomidorda isə daha bir karantin zərərvericisi - Cənubi Amerika pomidor mina güvəsi "tapılıb".