Вернуться назад Распечатать

Türkiyə 47 ildir bu anı gözləyirdi

30 PKK üzvünün silahı təhvil verməsi prosesi başa çatıb.

Silahlar simvolik olaraq böyük metal qazanda yandırılıb.

Məlumata görə, Türkiyə tərəfdən 150 nəfərlik nümayəndə heyəti prosesi izləyib.

Qeyd olunur ki, PKK-nın silahı təhvil verməsi prosesi sentyabr ayına qədər tamamilə yekunlaşacaq.

Xatırladaq ki, bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.