Вернуться назад Распечатать

Ukrayna Yaltanı itirdiyini etiraf edib

Ukraynanın Dərin Dövlət (DS) analitik resursu Donetsk Xalq Respublikasının (DXR) ərazisindəki Yalta qəsəbəsinin itirilməsini etiraf edib.

1xeber.media xəbər verir ki, bu barədə resurs özünün Telegram kanalında məlumat yayıb.

"Düşmən Yaltanı ələ keçirdi, həmçinin Voskresenka, Perebudovıx, Tolstoy, Poltavka, Mirnı və Kamenskoye yaxınlığında irəlilədi", - Ukrayna resursu yazır.

Rusiya Müdafiə Nazirliyi iyunun 25-də Yaltanın ələ keçirilməsi barədə məlumat yayıb. Müdafiə idarəsinin verdiyi məlumata görə, Yalta uğrunda döyüşlərdə “Vostok” qrupunun hərbçiləri iştirak ediblər.