Вернуться назад Распечатать

Azərbaycana dəhşətli istilər gəlir - 41 dərəcə...

Azərbaycanda iyulun 12-15-də havanın maksimal temperaturu artacaq.

1xeber.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.