Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda olub.
1xeber.media xəbər verir ki,o, ümumi uzunluğu 82 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa edilən, dünyanın ən uzun avtomobil tunellərindən biri hesab olunan Murovdağ tunelində həmçinin Kəlbəcər şəhər daxili yollarında aparılan işlərlə tanış olub.
İdarə Heyətinin sədri Saleh Məmmədov tikinti işlərinə baxış zamanı layihənin vaxtında və keyfiyyətlə tamamlanması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.