Вернуться назад Распечатать

1234-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

 Rusiya müharibənin 1234-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 68 966 PUA-sı, 614 zenit-raket kompleksi, 24 188 tank və digər zirehli texnikası, 1 576 reaktiv yaylım atəş sistemi, 27 251 artilleriya və minaatanı, 37 990 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.