Вернуться назад Распечатать

Mobil operatorlar ilin əvvəlindən yarım milyard qazanıb

Bu ilin 6 ayında mobil operatorlar 597,5 milyon manat gəlir əldə ediblər.


1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, bu ilin yanvar-may aylarında mobil operatorlar 490,3 milyon manat gəlir əldə ediblər.


Qeyd edək ki, 2025- ci ilin yanvar-iyun aylarında informasiya və rabitə sahəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,4 faiz artaraq 1 milyard 761,3 milyon manat təşkil edib. Onun da 73,2 faizi əhali tərəfindən istehlak olunub.


Bu xidmətlərin 33,9 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb. Qeyd edək ki, yanvar-may ayları ilə müqayisədə informasiya və rabitə sahəsində mobil telefon rabitəsindən istifadə azalıb.


Belə ki, yanvar-mat aylarında informasiya və rabitə sahəsində xidmətlərin 34,6 faizi mobil telefon rabitəsinin payına düşüb.