Вернуться назад Распечатать

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.07.2025-ci il tarixində saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub.


Bu barədə 1xeber.media TƏBİB-dən bildirilib.


Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.


*** 16:51


Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.


1xeber.media məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə baş verib.


Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini, 1979- cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb.


Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.