Вернуться назад Распечатать

Prorektor işdən çıxarıldı

 Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektoru Veysəl Əyyubov vəzifəsindən azad olunub.


Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.


Prorektorun ərizəsi qəbul edilib.

Ətraflı


Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.


Qeyd edək ki, Veysəl Əyyubov 2015-ci il sentyabr ayından MDU-nun elmi işlər üzrə prorektoru işləyirdi.


Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.