Вернуться назад Распечатать

Rusiya XİN-dən Zelenskiyə: “Savadsız, bixəbər”

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskini sərt tənqid edib. 

XİN-nin rəsmi teleqram kanalında yayılan açıqlamada bildirilir ki, Zelenski ya tarixdən tamamilə bixəbər, savadsız bir şəxsdir, ya da Volın qətliamından xəbərsiz olduğunu iddia etməklə bilərəkdən yalan danışır.

Qeyd edək ki, Volın qətliamı İkinci Dünya müharibəsi dövründə ukraynalı millətçilərin minlərlə polyak mülki vətəndaşını qətlə yetirdiyi faciəvi hadisə kimi tarixə düşüb.