Вернуться назад Распечатать

İsrail son aylarda HƏMAS-ın 6 komandirini məhv etdi

 İsrail Müdafiə Qüvvələri son aylarda Qəzza zolağında HƏMAS-ın hərbi dəniz xüsusi təyinatlılarının altı komandirini məhv edib.


1xeber.media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.


“Son aylar ərzində HƏMAS-ın altı əsas dəniz xüsusi təyinatlı terrorçusu məhv edilib”, - bəyanatda bildirilir.