Вернуться назад Распечатать

Türkiyə meşə yanğınları ilə mübarizə aparır

 Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçəsində meşə sahəsində güclü yanğın başlayıb.


1xeber.media Türkiyə mediasına istinadən xəbər verir ki, Çokal su anbarı yaxınlığında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi bəlli deyil.


Əraziyə Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yanğınsöndürənlər, AFAD və jandarm qüvvələri cəlb edilib.


Yanğının söndürülməsi üçün həmçinin helikopterlər vasitəsilə də müdaxilə edilir.


***


Balıkesirin Dursunbəy ilçəsi ilə Bursanın Böyükorhan ilçəsi arasındakı meşə massivində də yanğın başlayıb.


Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı Bayıryüzügüney məhəlləsinin sakinləri evlərindən təxliyə edilib.


Həm qurudan, həm də havadan yanğının söndürülməsi üçün tədbirlər görülür.