Вернуться назад Распечатать

Putin Savelyevi xüsusi nümayəndə təyin edib

Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vitali Savelyevi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi təyin edib. Müvafiq fərman noyabrın 25-də hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

“Vitali Georgieviç Savelyev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin”, - sənəddə deyilir.

Fərman imzalandığı gündən qüvvəyə minir.Savelyev 2024-cü ilin mayında Rusiya baş nazirinin müavini oldu. Bundan əvvəl o, 2020-ci il noyabrın 10-dan 2024-cü il mayın 7-dək Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinə rəhbərlik edib.