Вернуться назад Распечатать

Paşinyan müdafiə naziri ilə birgə Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Mülki Müqavilə” partiyasının yüksək vəzifəli şəxsləri Gorus rayonuna gəlib.

Bu barədə erməni  mediası məlumat yayıb.

Məluamata görə, sabah onların iştirakı ilə iclas keçiriləcək.

Burada müdafiə naziri Suren Papikyan, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər naziri Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslər iştirak edir.