Вернуться назад Распечатать

İyun ayında Qətərdəki ABŞ hərbi bazasında İranın ballistik raketi partlayıb

1xeber.media xəbər verir ki, İranın ballistik raketi ABŞ-ın Qətərdəki Əl Udeid hərbi bazası ərazisində partlayıb. Zərbə ABŞ təyyarələrinin İrandakı obyektləri bombalamasından bir gün sonra edilib.

Pentaqonun sözçüsü Sean Parnell cümə günü Əl-Ərəbiyyə telekanalına bildirib ki, "İranın ballistik raketi iyunun 23-də Əl-Udeid bazasına düşüb, digər raketlər ABŞ və Qətərin hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib".

O qeyd edib ki, bazadakı qurğulara və avadanlıqlara cüzi ziyan dəyib: "İtki yoxdur. Əl-Udeid bazası tam olaraq fəaliyyət göstərir və lazımi tapşırıqları yerinə yetirməyə qadirdir".

İyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini - Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə zərbə endirib.