Şimali Atlantika Alyansı (NATO) Avropada yerləşən Amerika silah sistemlərini Ukraynaya ötürə və sonra onları ABŞ-dan almaqla ehtiyatlarını artıra bilər.
1xeber.media xəbər verir ki, bunu iyulun 11-də ABŞ-ın dövlət katibi Marko Rubio Kuala-Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşündə deyib.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, NATO-ya üzv ölkələrin Ukraynaya ehtiyacı olan müəyyən silah sistemləri var. Rubio vurğulayıb ki, bu ölkələr arasında İtaliya, 13 və ya 14 Patriot hava hücumundan müdafiə sisteminə malik Almaniya və digər ölkələr var.
Bundan əlavə, dövlət katibi qeyd edib ki, Ukraynanın ehtiyac duyduğu bəzi silah sistemləri Avropada istehsal olunmur.